Rusiyanın Prezident administrasiyası və Rəqəmsal Sənaye Nazirliyi mobil operatorları və provayderlərlə danışıqlar aparıb.
Məqsəd VKontakte və Odnoklassniki sosial şəbəkələrin, eləcə də əsas televiziya kanallarının veb saytlarının video kontentinə pulsuz girişə imkan yaratmaqdır.
Bizim.Media xəbər verir ki, təşəbbüs yeni bir platforma axtarışı və yerli kontentin təbliği ehtiyacından irəli gəlib.
MÖVZU İLƏ BAĞLI:
“YouTube”dan tələb edildi: “Erməni jurnalistin videosuna giriş bərpa olunsun” - FOTO
Rusiya Federasiyasında narahatlıq YouTube ilə ziddiyyətlər fonunda başlayıb. Bunu mənbələrə istinadən Kommersant yazır.
Televiziya aparıcısı və jurnalist Vladimir Solovyov, “Çarqrad”, RT və “Krım 24” televiziya kanalları “Youtube”dan şikayət ediblər.
Bizim.Media