Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
Bizim.Media-nın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,6 ABŞ dolları və ya 0,99% artaraq 61,11 dollar təşkil edib.
MÖVZU İLƏ BAĞLI:
"Brent" nefti 61 dolları keçdi
Xatırladaq ki, ötən həftə ərzində (1-5 fevral) dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 58,91 dollara bərabər olub.
Bu, əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,7 dollar və ya 4,8% çoxdur. Belə ki, ötən həftə ərzində ən yüksək göstərici (V gün) – 60,51 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 56,68 dollar səviyyəsində olub.
Bizim.Media