Bərdədə bir ailənin 5 üzvü dəm qazından zəhərləndi

Bərdədə bir ailənin 5 üzvü dəm qazından zəhərləndi

Hazırda oxunan: Bərdədə bir ailənin 5 üzvü dəm qazından zəhərləndi

112383

Bərdədə bir ailənin 5 üzvü dəm qazından zəhərlənib. 

Bizim.Media report.az-a istinadən xəbər verir ki, hadisə dekabrın 29-da rayonun Körpüqıran kəndində qeydə alınıb. 

Belə ki, Körpüqıran kənd sakinləri - 2018-ci il təvəllüdlü Y.Həsənli, 1987-ci il təvəllüdlü Həsənova Asimə Ələkbər qızı, 2012-ci il təvəllüdlü M.Həsənli, 1957-ci il təvəllüdlü Həsənova Fatma Mətiş qızı və 1983-cü il təvəllüdlü Həsənov Aqil Azər oğlu dəm qazından zəhərlənmə diaqnozu ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Həmin şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. 

Faktla bağlı Bərdə Rayon Polis İdarəsində araşdırma aparılır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO