Tələbələrin təqaüdü niyə verilməyib? – Universitetlərdən AÇIQLAMA 

Tələbələrin təqaüdü niyə verilməyib? – Universitetlərdən AÇIQLAMA 

Hazırda oxunan: Tələbələrin təqaüdü niyə verilməyib? – Universitetlərdən AÇIQLAMA 

112312

Tələbələrin həyəcanlı, stresli imtahan günləri yaxınlaşsa da, hazırda onları məmnun edən əsas hədəf bayram şənliklərinə yaxşı hazırlaşmaqdır. Təbii ki, bunun üçün əvvəlcə, xoş əhval, istək, sonra isə maddi imkan lazım olur.

Tələbələrin köməyi isə aldıqları təqaüddür. Tələbə olan hər kəsə yaxşı məlumdur ki, həmin illərdə təqaüd az, ya çox olmasından asılı olmayaraq tələbənin əlindən tutur. 
Bəs, görəsən, universitetlərimiz tələbə təqaüdlərini verib, tələbələrini sevindiriblərmi? 

Bizim.Media Azərbaycan Universitetlərinə tələbələrin dekabr ayı üçün nəzərdə tutulmuş təqaüdlərinin verilib-verilməməsi ilə bağlı sorğu göndərib. Beləliklə: 

Azərbaycan Tibb Universiteti:

“Tələbələrin dekabr ayı təqaüdləri verilib”.

Azərbaycan Dövlət Pedaqoji Universiteti:

“Dekabr ayının təqaüdü ötən həftə verilib”.

Bakı Dövlət Universiteti:

“Tələbələrin dekabr ayı üçün təqaüdləri köçürülüb”.

Azərbaycan Dövət Mədəniyyət və İncəsənət Universiteti:

“Tələbələrimizin dekabr ayı üçün təqaüdləri dekabrın 20-də verilib”. 

Azərbaycan Dillər Universiteti:

“Tələbə təqaüdləri verilib”.

Azərbaycan Memarlıq və İnşaat Universiteti: 

“Universitetimizdə adətən, əməkhaqqı və təqaüdlər cari ayın sonuna kimi həyata keçirilir. Bu ay da belə olacaq”.

Qeyd edək ki, tələbələr arasında isə təqaüdlərinin hələ hesablarına köçmədiyini bildirənlər var.

Aləmdə Nəsib, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO