"20 yanvar dairəsi"ndə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - FOTO

Hazırda oxunan: "20 yanvar dairəsi"ndə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - FOTO

112231

Dekabrın 30-dan 31-nə keçən gecədən etibarən yanvarın 4-ü axşam saatlarına qədər Bakının "20 Yanvar dairəsi"ndən Ziya Bünyadov prospekti istiqamətində (yalnız yolötürücüsü üzərində) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, buna səbəb paytaxtın Nəsimi rayonunun Alı Mustafayev küçəsində - "3-cü mikrorayon dairəsi"ndəki yol ötürücüsündə aparılacaq təmir işləridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO