Narkotik vasitənin təsiri altında TIR sürdü - ƏLƏ KEÇDİ

Narkotik vasitənin təsiri altında TIR sürdü - ƏLƏ KEÇDİ

Hazırda oxunan: Narkotik vasitənin təsiri altında TIR sürdü - ƏLƏ KEÇDİ

112046

Masallıda narkotik vasitənin təsir altında yük avtomobili idarə edən şəxs ifşa olunub.

Bizim.Media xəbər verir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında yük avtomobili idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.

Belə ki, Masallı rayon sakini Raqib Ağayevin idarə etdiyi  “DAF” markalı, 99-KE-047 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi stasionar postda Ekoloji Nəzarət üzrə YPXB-nin əməkdaşları tərəfindən manevr etmə qaydasını pozduğu üçün  saxlanılıb.
Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı R.Ağayevin narkotik maddə qəbul etməsi müəyyən edilib.

R.Ağayevin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati  protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə R.Ağayev inzibati qaydada həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO