Bizim.Media-nın əməkdaşı təltif edildi - FOTO

Bizim.Media-nın əməkdaşı təltif edildi - FOTO

Hazırda oxunan: Bizim.Media-nın əməkdaşı təltif edildi - FOTO

111967

Xaçmazda 31 dekabr - Dünya azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə "Həmrəyliyimizin zəfəri" adlanan bayram şənliyi keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səslənib. Ümumilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xaçmaz İH başçısı Elnur Rzayev bayram münasibətilə bütün tədbir iştirakçılarını təbrik edərək Həmrəyliyimizin tarixindən söz açıb. 

O bildirib ki, Dünya azərbaycanlılarının Həmrəyliyi günü dünyanın dörd bir tərəfində yaşayan soydaşlarımızı həmrəyliyimizə səsləyən, onları Vətənimizin daha da çiçəklənməsi üçün birgə fəaliyyət göstərməyə çağıran tarixi gündür.  

Bayram şənliyində Şaxta baba və Qar qız şəhid övladlarını əyləndirib, onlara xoş dəqiqələr bəxş edib, hədiyyələrlə sevindirib. 

Tədbirdə Prezident İlham Əliyevin "Tərəqqi" medalı ilə mükafatlandırdığı Hülövlü icra nümayəndəsi Fərman Babayevə dövlət başçısının təltifi təqdim edilib. 

Xaçmaz İH başçısı Elnur Rzayev rayonun ictimai, siyasi və mədəni həyatında fərqlənən bir qrup şəxsə Xaçmaz İcra hakimiyyətinin Fəxri Fərmanını təqdim edib.

Təltif edilənlər sırasında Bizim.Media informasiya portalının şimal müxbiri Aytəkin Alxaslı da var. Xanım jurnalist diqqətə görə rayon rəhbərliyinə təşəkkür edib. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO