Şəki sakinində heroin aşkarlandı

Şəki sakinində heroin aşkarlandı

Hazırda oxunan: Şəki sakinində heroin aşkarlandı

111966

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat keçirilib.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər də xuliqanlıq və narkotik cinayətlərinə görə bir neçə dəfə məhkum olunmuş Rafiq Əsgərov şübhəli şəxs qismində saxlanılıb. 
Onun üzərinə keçirilən baxış zamanı narkotik vasitə olan heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir. Saxlanılan Rafiq Əsgərov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO