Respublika fənn olimpiadalarının rayon mərhələsinə start verildi - FOTO

Respublika fənn olimpiadalarının rayon mərhələsinə start verildi - FOTO

Hazırda oxunan: Respublika fənn olimpiadalarının rayon mərhələsinə start verildi - FOTO

111552

Dekabrın 25-də cari tədris ili üçün Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Respublikasının Təhsil İnstitutu yayıb.

Mənbə yazır ki, ümumilikdə 45 mindən çox şagirdin qeydiyyatdan keçdiyi fənn olimpiadaları 8,9,10,11-ci sinif şagirləri arasında 7 fənn (riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) üzrə 118 mərkəzdə baş tutub.

Rayon (şəhər) mərhələsinin nəticələri www.portal.edu.az platforması və iştirakçıların təhsil aldıqları ümumi təhsil müəssisələri vasitəsilə 05.01.2023-ci il tarixindən etibarən elan olunacaq.
Qeyd edək ki, Respublika Fənn Olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.

Olimpiada iştirakçılarına uğurlar arzulayırıq!

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO