Ağdamda yeni pilot LAYİHƏ 

Ağdamda yeni pilot LAYİHƏ 

Hazırda oxunan: Ağdamda yeni pilot LAYİHƏ 

111438

“Bərpa olunan yaşayış məntəqələrinin küçə-yol və müvafiq mühəndis-kommunikasiya şəbəkələrinin kompleks şəkildə, vahid layihə çərçivəsində qurulması müstəqil Azərbaycan tarixində ilk dəfə Ağdam şəhərində tətbiq edilir”. 

Bizim.Media xəbər verir ki, bunu “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na həsr olunmuş tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

Komitə sədri bildirib ki, bu məqsədlə hazırda bir neçə layihənin paralel olaraq vahid layihədə ümumiləşdirilməklə yeni formatda işlənilməsi artıq başa çatdırılır:

“Belə ki, nəqliyyat və kommunikasiya sahəsində siyasəti həyata keçirən aidiyyəti dövlət qurumları ilə birlikdə son bir neçə ay ərzində intensiv işlərin nəticəsi olaraq ümumi uzunluğu 191 km olan yol-küçə şəbəkəsinin pilot layihəsinin hazırlanması yekunlaşdırılmaqdadır. İlk dəfə Ağdamda tətbiq edilmiş bu yeni layihələndirmə modelinin uğurunu nəzərə alaraq, hazırda eyni yanaşma Füzuli, Şuşa və Laçın şəhərlərinin, eləcə də Tərtər rayonunun Talış kəndinin daxili yol-küçə şəbəkəsinin layihələndirilməsində də tətbiq edilməkdədir. Həmçinin Cəbrayıl, Zəngilan və Kəlbəcər şəhərlərinin, Xocavənd rayonunun Hadrut qəsəbəsinin daxili yol-küçə şəbəkəsinin layihələndirilməsi üçün müvafiq hazırlıqlar görülməkdədir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO