Gəncədə keçmiş arvadını və 60 yaşlı kişini bıçaqla yaralayan şəxs SAXLANILDI

Gəncədə keçmiş arvadını və 60 yaşlı kişini bıçaqla yaralayan şəxs SAXLANILDI

Hazırda oxunan: Gəncədə keçmiş arvadını və 60 yaşlı kişini bıçaqla yaralayan şəxs SAXLANILDI

111401

Gəncədə iki nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. 

Məlumatda qeyd olunur ki, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə şəhər sakinləri 1967-ci il təvəllüdlü Rəsmiyyə Bəndəliyevanın sol qolun diz nahiyəsinin kəsilmiş yarası və 1962-ci il təvəllüdlü Məhəmməd Musayevin sol çiyin nahiyəsinin kəsilmiş yarası alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən R. Bəndəliyevanın keçmiş həyat yoldaşı,1966-cı il təvəllüdlü German Qocayev saxlanılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, G.Qocayev şəxsi münasibətlər zəminində R.Bəndəliyeva ilə mübahisə zamanı sonuncuya bıçaqla xəsarət yetirib, daha sonra onları aralamaq istəyən M.Musayevi yaralayıb.

Şübhəli şəxs saxlanılaraq istintaqa təqdim edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Məqsəd Rəhimov, Bizim.Media Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO