Samuxda dəm qazı gənc oğlanı xəstəxanalıq etdi

Samuxda dəm qazı gənc oğlanı xəstəxanalıq etdi

Hazırda oxunan: Samuxda dəm qazı gənc oğlanı xəstəxanalıq etdi

111351

Samuxda 14 yaşlı gənc zəhərlənib.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Eldar-Kəsəmən kəndində qeydə alınıb.  

2008-ci il təvəllüdlü Rahib Abdullayev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.  

Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.  

İlkin versiyaya görə 14 yaşlı yeniyetmə yaşadığı evdə dəm qazından zəhərlənib.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO