Ağdaşda Kənd Bələdiyyələrinin yığıncağı KEÇİRİLDİ - FOTO 

Ağdaşda Kənd Bələdiyyələrinin yığıncağı KEÇİRİLDİ - FOTO 

Hazırda oxunan: Ağdaşda Kənd Bələdiyyələrinin yığıncağı KEÇİRİLDİ - FOTO 

111346

Ağdaşda Kənd Bələdiyyələri Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib.  

Bizim.Media xəbər verir ki, yığıncaqda respublikanın 1227 kənd bələdiyyəsindən və Naxçıvan MR Kənd Bələdiyyələri Assosiasiyasından seçilən 234 nəfər nümayəndə iştirak edib.  

Qonaqlar öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, heykəlin önünə çiçəklər düzüb, xatirəsini ehtiramla anıblar.  

Ağdaş şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Azərbaycanın azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra  Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri Əli Mehdiyevin hesabat məruzəsi dinlənilib.  

Məruzədə qeyd olunub ki, ölkədə uğurla davam etdirilən dövlət siyasəti bələdiyyə orqanlarının ictimai-siyasi həyatımıza daha yaxından inteqrasiya olunmasına səbəb olub, vətəndaşların yerli özünüidarəetmədə fəallığı artıb. Hesabat ilində Milli Məclisin Regional Məsələlər Komitəsi, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi ilə qabaqcıl təcrübənin yayılması istiqamətində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri dəvam etdirilib, yerli özünüidarəetmənin qanunvericilik bazası  təkmilləşdirilib. 

Ə.Mehdiyev vurğulayıb ki, Milli Assosiasiyasının qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri bələdiyyələrin müasir dövrün çağırışlarına daha yaxından inteqrasiya olunmasına, ərazidə prioritet seçilən sosial məsələlərin daha tez həllini tapmasına hesablanıb. 
Tədbirdə Azərbaycan kənd Bələdiyyələri Milli Assosiasiyasının 2022-ci ildə fəaliyyəti haqqında hesabatı, Nəzarət – təftiş komissiyasının hesabatı, Milli Assosiasiyanın 2023-cü il üçün büdcəsi, eləcə də təşkilati məsələlər müzakirə olunub. 

Müzakirələrdə  Azərbaycan kənd Bələdiyyələri Milli Assosiasiyasının sədr müavini, Naxçıvan MR Kənd bələdiyyələri Assosiasiyasının sədri Tofiq Babayev, Ağdaş rayonunun Qarabaqqal bələdiyyəsini sədri Əli Musayev, Şəmkir rayonunun  Zəyəm Cırdaxan bələdiyyəsinin sədri Zəfər Süleymanov və başqaları çıxış edərək hesabat ilində görülən işlərdən danışıb, təkliflərini bildiriblər. 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisi Rəhman Məmmədov çıxış edərək vergi uçotunun, statistik məlumatların dəqiq və diqqətlə aparılmasının zəruriliyindən  danışıb.  
Həmçinin, Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev çıxış edərək  Prezident İlham Əliyev tərəfindən ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi istiqamətində qarşıya qoyulan vəzifələr və bələdiyyələrin bununla bağlı artan rolu barədə danışıb.  

Tədbirin sonunda müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul edilib. 

Aqil Əsədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO