Ağdam təcili tibbi yardım stansiyasından vətəndaşa qarşı hörmətsizlik edilməsi ilə bağlı iddilar yayılıb.
Bu barədə Bizim.Media-nın yerli bürosuna vətəndaş Hüseynağa Hacıyev məlumat verib.
O bildirib ki, ötən gün babasının səhhətində qəfil pisləşma olduğu üçün Təcili Tibbi Yardımın "103" qaynar xəttinə məlumat verib.
Stansiyadan isə ona həkimlərin çağırışda olduğu bildirilib. Vətəndaş iddia edb ki, bundan sonra onlar arasında mübahisə başlayıb:
"Mən ondan (təcili yardıma daxil olan zəngi cavablayan oparatoru nəzərdə tutur – red.) soruşdum ki, həkimlər nə vaxta qədər gələr, kişinin vəziyyəti yaxşı deyil. Həmin qadın isə mənə ağır, təhqiredici ifadələrlə cavab verdi. Ondan kim olduğunu öyrənmək üçün adını soruşanda xanım əməkdaş ironiya ilə Gülməmməd Gülməmmədov, dedi. Mənə deyir ki, get hara müraciət edirsən et"
Hüseynağa Hacıyev məsələ ilə bağlı yerli polis şöbəsinə də məlumat verdiyini bildirib.
Məsələ ilə bağlı TƏBİB rəsmisi ilə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
- A-
- A
- A+
Cəmiyyət
20:07 / 23.12.2022
Ağdam təcili tibbi yardım stansiyasında vətəndaşa hörmətsizlik edildi – Şikayətçidən İDDİA
Hazırda oxunan: Ağdam təcili tibbi yardım stansiyasında vətəndaşa hörmətsizlik edildi – Şikayətçidən İDDİA
Hazırda oxunan: Ağdam təcili tibbi yardım stansiyasında vətəndaşa hörmətsizlik edildi – Şikayətçidən İDDİA
111319
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.