Qubada şəhid ailələri və qazilərin iştirakı ilə möhtəşəm Yeni il şənliyi keçirildi – FOTO 

Qubada şəhid ailələri və qazilərin iştirakı ilə möhtəşəm Yeni il şənliyi keçirildi – FOTO 

Hazırda oxunan: Qubada şəhid ailələri və qazilərin iştirakı ilə möhtəşəm Yeni il şənliyi keçirildi – FOTO 

111105

Qarşıdan gələn 31dekabr -Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunan tədbir Quba İcra hakimiyyətinin, YAP-ın rayon təşkilatının və "Vətən naminə İctimai Birliyi”nin birgə təşkilatçılığı ilə baş tutub. 

Tədbir Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlayıb. Milli lider Heydər Əliyevin və Qarabağ şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şənlikdə Quba İcra Hakimiyyətinin və DTX-nin rayon şöbəsinin rəhbərləri, hüquq-mühafizə orqanlarının rəsmiləri, şəhid ailələri və övladları, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Quba İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev tədbirdə çıxış edərək qarşıdan gələn gözəl bayramlar münasibəti ilə bütün şəhid ailələrini, Vətən Müharibəsi iştirakçılarını, qaziləri, ümumiyyətlə, bütün Quba sakinlərini, qonaqlarını təbrik edib. Onlara bol ruzi, sülh və əmin-amanlıq arzulayıb. Qubadan olan Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Camalov həmyerlilərini və bütün tədbir iştirakçılarını 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik edib. 

Şənlikdə çıxışda edən şəhid valideynləri onlara göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliklərinə minnətdarlıqlarını bildiriblər. Şəhid övladları şənlikdə xoş saatlar yaşayıb.  

Rayon rəhbəri Ziyəddin Əliyev onlara yeni il hədiyyələri təqdim edib. İcra başçısı və rəsmilər qazilərlə və şəhid övladları ilə birgə rəqs ediblər. Tədbirdə mərkəzdən gəlmiş və yerli musiqiçilər iştirakçılara xoş nəğmələr ərmağan ediblər. Əməkdar artist, aktyor Çingiz Əhmədov anadan olmasının 60 illiyi münasibətilə Quba İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO