İlin sonuna yekunlaşması vəd verilən Zığ-Hövsan yolunun inşası necə BİTİB? – Rəsmi CAVAB

İlin sonuna yekunlaşması vəd verilən Zığ-Hövsan yolunun inşası necə BİTİB? – Rəsmi CAVAB

Hazırda oxunan: İlin sonuna yekunlaşması vəd verilən Zığ-Hövsan yolunun inşası necə BİTİB? – Rəsmi CAVAB

111089

7 ildir inşası bitməyən 18 kilometrlik Zığ-Hövsan yolu nəhayət ki, yekunlaşmaq üzrədir. 

Bu barədə məlumatı Bizim.Media-ya Azərbaycan avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə sadəcə yolun kənarında bəzi xırda işlər qalıb:

“Yol artıq istifadədir. Keçidlərin tikintisi davam edir. Bir keçid tam hazırdı. İnşallah il sonuna qədər o işlər də bitər”, - deyə qurum rəsmisi əlavə edib.
Xatırladaq ki, Zığ-Hövsan yolunun təmirinə 2015-ci ilin 20 oktyabrında başlanılıb və 2017-ci ildə bitməsi planlaşdırılıb. Amma təmir işləri maliyyə vəsaiti ayrıldıqca aparıldığı üçün iş ləngiyib.

Qeyd edək ki, 7 il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sözügedən yolun təmirinin yekunlaşması üçün bir neçə dəfə vəsait ayrılıb.

İlham Əliyevin 2021-ci ilin 23 sentyabrında imzaladığı sərəncamla həmin yolun əsaslı təmiri üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,0 (altı) milyon manat ayrılıb.

Bunun ardınca, daha dəqiq desək, 2021-ci ilin 10 oktyabrında Prezident İlham Əliyevin sərəncamı ilə Zığ-Hövsan yolunun inşası üçün daha 4.9 milyon manat ayrılıb.

Bu ilin sentyabrında növbəti dəfə Prezident İlham Əliyev Suraxanı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı Sərəncam imzalayıb.

Həmin sərəncamla Suraxanı rayonunun Bülbülə, Əmircan, Hövsan, Qaraçuxur, Yeni Suraxanı və Zığ qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 4,6 milyon (dörd milyon altı yüz min) manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Ən son isə oktyabrın 28-də 58 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zığ-Hövsan avtomobil yolunun yenidən qurulmasının başa çatdırılması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7 milyon manat ayrılıb.
Beləliklə sözügedən yolun təmir-bərpası üçün dövlət büdcəsindən toplam 22 milyon 500 min manat vəsait ayrılıb.

Aparılan işlərdən görünən odur ki, Zığ-Hövsan yolu bu ilin sonunda da yekunlaşmayacaq.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO