“Mənim adıma məhkəmədən mesaj gəlib. Tanımadığım şəxs məni bilmədiyim halda cinayət işinə şahid olaraq göstərib. Nə edəcəyimi bilmirəm”.
Cümləni oxuyarkən məsələnin ciddiliyi sözügedən şəxsi deyil, hətta hər kəsi narahat edə bilir. Heç bir cinayət hadisəsinə şahidlik etmədiyini bildirən “facebook” istifadəçisi Alya Nuranov hüquqşünaslarla məsələnin həllini, çıxış yolunu axtarmağa çalışır.
Ümumiyyətlə SMS vasitəsi ilə verilən bu kimi xəbərdarlıqlar zamanı vətəndaş hansı addımı atmalıdır?
Hüquqşünas Əsabəli Mustafayev Bizim.Media-ya mövzu ilə bağlı açıqlama verib. O, məsələyə aydınlıq gətirərək hər bir halda rəsmi çağırışa qarşı diqqətli olmağı vacib görüb:
"İstənilən halda həmin şəxs məhkəməyə getməli, təyin olunduğu vaxtda prosesdə iştirak etməli və məhkəmənin suallarına cavab verməlidir. Məhkəmədə müəyyən oluna bilər ki, həmin şəxs şahid qismində dindirilə bilər, ya yox. Çünki hər kimdirsə, digər tərəf yəgin ki, cinayət törədib və təqsirləndirilən şəxs də görünür ki, onu şahid qismində göstərib.
Əgər bu məsələ vətəndaşın dediyi kimi səhvən – yəni doğru ünvana göndərilməyibsə, araşdırılır. Həmçinin proses zamanı, dindirilərkən artıq digər təfərrüatlar ortaya çıxar və məsələnin düzgün tərəfi ortaya çıxmış olar.
Rəsmi çağırışa məhəl qoymayıb, məhkəməyə getməmək düzgün hesab edilmir. Şahid məhkəmənin çağırışı ilə məhkəməyə getməyə borcludur. Əgər hakim hesab edirsə ki, sizin məhkəmədə iştirakınız mütləq vacibdir, o zaman məcburi gətirilməsi barədə qərar qəbul edib, yaşayış yeri üzrə polis şöbəsi vasitəsilə məhkəmədə iştirakınızı təmin edəcəkdir”, - deyə Ə.Mustafayev qeyd edib.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:00 / 21.12.2022
Məhkəmədən BELƏ MESAJLAR gələrsə nə etməli? - İZAH
Hazırda oxunan: Məhkəmədən BELƏ MESAJLAR gələrsə nə etməli? - İZAH
Hazırda oxunan: Məhkəmədən BELƏ MESAJLAR gələrsə nə etməli? - İZAH
110773
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.