Gəncədə könüllü qanvermə aksiyası keçirildi - FOTO

Gəncədə könüllü qanvermə aksiyası keçirildi - FOTO

Hazırda oxunan: Gəncədə könüllü qanvermə aksiyası keçirildi - FOTO

110683

Gəncə Şəhər İcra Hakimiyyətinin və Milli Hematalogiya və Transfuziologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzi Qan Bankının Gəncə Bölməsində “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində könüllü qanvermə aksiyası təşkil olunub. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Nizami və Kəpəz Bələdiyyələrinin məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər sakinləri iştirak ediblər.

Xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun qan qrupu müəyyən edilib, onların səhhətində hər hansı bir problemin olmadığı aşkarlandıqdan sonra qanvermə aksiyasına start verilib.
Tədbirin kecirilməsində məqsəd hemofiliya və talassemiya xəstəliyindən əziyyət  çəkən uşaqların qan ehtiyaclarının artırılmasına  təmənnasız kömək etmək olub.

Qeyd edək ki, aksiya səhər saatlarından başlayaraq gün ərzində davam edib. İlkin məlumata görə, 200-ə yaxın vətəndaş aksiyada iştirak edib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO