Bakı-Quba yolunun təmirə dayandırılan hissəsinin tikinti prosesi və nə zaman açılacağı ilə bağlı Bizim.Media olaraq mütamadi məlumat veririk.
Son dəfə Milli Məclisin deputatı Vahid Əhmədov bizə bildirmişdi ki, açılış dekabrın 20-də olacaq. Amma bu proses günərzində baş vermədi.
MÖVZU İLƏ BAĞLI:
Quba yolu bu gün də açılmadı – Anar Nəcəfli "SON TAMAMLAMA İŞLƏRİ GEDİR" dedi
Üstəlik AYDA-nın mətbuat sözçüsü saytımıza verdiyi açıqlamada bəyan etdi ki, yolda son tamamlama işləri gedir və açılış ayın axırına qədər gözləniləndi.
Qeyri-müəyyən cavabdan sonra millət vəkili Vahid Əhmədovla təkrar əlaqə saxladıq. Deputat net şəkildə Bizim.Media-ya bildirdi ki, Bakı-Quba yolu dekabrın 23-də açılacaq:
“Ötən gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovla və birinci müavinlə danışdım. Onlar bildirdilər ki, açılış dekabrın 23-ə salınıb”.
Qeyd edək ki, hazırda hava şəritinin kəskin dəyişməsinə baxmayaraq Quba-Bakı istiqamətindəki yolda sürətlə iş gedir. Növbəlilik əsasında işləyən yol inşaatçıları gecə-gündüz çalışırlar.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu