Gənclər üçün Rəqəmsal Savadlılıq Portalı hazırlanıb

Gənclər üçün Rəqəmsal Savadlılıq Portalı hazırlanıb

Hazırda oxunan: Gənclər üçün Rəqəmsal Savadlılıq Portalı hazırlanıb

110595

Gənclərin inkişafında və onların problemlərinin həllində gənclər təşkilatlarının rolunun daha da artırılması, eyni zamanda “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Tədbirlər Planının 5.7.6 yarımbəndinin (Gənclər siyasətinin əsas istiqamətləri üzrə gənclər təşkilatları  layihələrinin maliyyələşdirilməsi) icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və “Fəal Gənclər” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Gənclər üçün Rəqəmsal Savadlılıq Portalı” layihəsi çərçivəsində www.techportal.az veb-saytı hazırlanmışdır.

Layihənin əsas məqsədi milli məzmun platforması rolunu oynayacaq portal vasitəsilə gənclərin internet resurslarından daha səmərəli və təhlükəsiz istifadə etmələri, yeni texnoloji imkanlarla tanış olmaları üçün gənclərdə rəqəmsal savadlılığı artırmaqdan ibarətdir.
Rəqəmsal mühitdə informasiyanın əldə edilməsi, istehsalı və paylaşılması kimi geniş əhatə dairəsini özündə ehtiva edən rəqəmsal savadlılıq anlayışı günümüz dünyasının ən çox diqqət çəkən inkişaf istiqamətlərindən biridir. 

Artıq önəmli informasiya mənbəyi olaraq müraciət edilən internet axtarılan məlumatın əldə edilməsi ilə yanaşı bir sıra digər məqsədlər üçün də istifadə edilməkdədir.

Hal-hazırda internet başda olmaqla digər rəqəmsal texnologiyalar sosial həyatda iştirakın müxtəlif formalarından, alış-veriş, onlayn həllər vasitəsi ilə müxtəlif ictimai iaşə xidmətlərinin sifarişindən, elektron hökumət xidmətlərindən istifadəyə kimi geniş arealda bir çox gündəlik ehtiyacın ödənilməsinə vasitəçilik edir.
Portal rahat dizayn edilmiş istifadəçi interfeysi və interaktiv imkanları ilə birlikdə rəqəmsal yaradıcılıq, rəqəmsal kommunikasiya, texnoloji cihazlardan istifadə, rəqəmsal öyrənmə və öyrətmə imkanları, fərdi məlumatların təhlükəsizliyi kimi rəqəmsal dünya üçün vacib olan mövzu başlıqları üzrə Azərbaycan dilində keyfiyyətli məzmunu özündə ehtiva edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO