Azərbaycan Cinayət Məcəlləsinə ekosidlə bağlı yeni maddə əlavə olunsun - TƏKLİF

Azərbaycan Cinayət Məcəlləsinə ekosidlə bağlı yeni maddə əlavə olunsun - TƏKLİF

Hazırda oxunan: Azərbaycan Cinayət Məcəlləsinə ekosidlə bağlı yeni maddə əlavə olunsun - TƏKLİF

110390

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Cinayət Məcəlləsinə "Ekosid" adlı yeni maddə əlavə olunmasını təklif edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin dekabrın 16-da keçirilən iclasında müzakirə aparılıb. 

Kollegiyanın Cinayət sahəsi üzrə İşçi Qrupunun rəhbəri İlhamə Həsənova mövzu barədə məruzə ilə çıxış edib. 

Təklifə əsasən, flora və ya faunanın kütləvi şəkildə məhv edilməsi, atmosferə, torpaq və ya su ehtiyatlarına mühüm ziyan vurulması, habelə ekoloji fəlakətə səbəb olan və ya səbəb ola biləcək digər hərəkətlər cinayət məsuliyyəti hesab olunmalıdır. 
Bildirilib ki, bu sahədə beynəlxalq təcrübə də var. Belə ki, bir sıra ölkələrin qanunvericiliklərində cəzalar nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO