Nərminin qardaşı: “Mən də qaraciyərimi ona verərdim” - VİDEO 

Nərminin qardaşı: “Mən də qaraciyərimi ona verərdim” - VİDEO 

Hazırda oxunan: Nərminin qardaşı: “Mən də qaraciyərimi ona verərdim” - VİDEO 

110353

Müğənni Nərmin Kərimbəylinin qardaşı Kamran Kərimbəyli bacısından danışıb.  

Bizim.Media xəbər verir ki, qaraciyər sirrozundan əziyyət çəkən Kamran “Düzünə qalsa” verilişində sənətçi bacısının ona donor olmasından söz açıb.  

Nərminin cəsarətli xarakterə malik olduğunu söyləyən qardaşı, eyni addımı ona qarşı atmağa hazır olduğunu dilə gətirib: 

“Aylar öncə qaraciyər transplantasiyası keçirdim. Bu əziyyəti illərdir çəkirik, bəlkə də bu problem məktəb vaxtından yaranmışdı. Əməliyyatın vaxtı çatanda donor məsələsi çıxdı ortaya. Dedik, donor kim ola bilər?! Bu barədə bacım Nərmin Kərimbəyovaya sadəcə məlumat verdim. Mənə maraqlı cavab verdi ki, nəyə lazımdır ki?
Donor var da. Dedim, kimdi ki o? Dedi, özüm! Bu sözləri demək üçün böyük cəsarət lazımdır. Elə hallar olur ki, kimsə atasına belə donor olmağa söz verir, sonra xəstəxanadan qaçır ya qorxur. Bunların da şahidi olmuşuq hətta. Donor olmaq üçün cəsarət, xarakter lazımdır. Bu da mənim bacım Nərmində həmişə var, olub. Eyni addımı mən də Nərmin üçün atardım”.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO