Peru Prezidenti Dina Boluarte tutduğu vəzifədən getməyi vacib saymadığını bildirib və Konqresi (ölkə parlamenti) növbədənkənar seçkilərə çağırıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Boluarte istefasının ölkədəki problemi həll etməyəcəyini düşünür.
Bildirilib ki, dekabrın 16-da Konqres seçkilərin 2023-cü ilə təxirə salınması üçün təklif edilən konstitusiya islahatını təsdiqləməyib.
Qeyd edək ki, dekabrın 7-də Peru Konqresi qiyam və vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinərək polis tərəfindən saxlanılan prezident Pedro Kastiloya qarşı impiçment elan edib.
Bundan sonra Perunun birinci vitse-prezidenti Dina Boluarte dövlət başçısı postuna seçilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
06:30 / 18.12.2022
Peru Prezidenti istefa verməkdən imtina etdi - Ölkəni erkən seçkilərə çağırdı
Hazırda oxunan: Peru Prezidenti istefa verməkdən imtina etdi - Ölkəni erkən seçkilərə çağırdı
Hazırda oxunan: Peru Prezidenti istefa verməkdən imtina etdi - Ölkəni erkən seçkilərə çağırdı
110220
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.