Narkotik təsirində avtomobil idarə edən şəxs həbs edildi - FOTO

Narkotik təsirində avtomobil idarə edən şəxs həbs edildi - FOTO

Hazırda oxunan: Narkotik təsirində avtomobil idarə edən şəxs həbs edildi - FOTO

109700

Ağstafada narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb. 

Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupuna istinadən məlumat verir ki, Ağstafa Rayon Polisi Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ 2106” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb.

Həmin nəqliyyat vasitəsini idarə edən Nazir Hüseynov narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən N. Hüseynovun narkotik vasitədən istifadə etdiyi məlum olub.

Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 30 sutka inzibati qaydada həbs edilib. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO