“İndi bizim əsas diqqətimiz gələcəyə yönəlməlidir” – Nigar Arpadarai

“İndi bizim əsas diqqətimiz gələcəyə yönəlməlidir” – Nigar Arpadarai

Hazırda oxunan: “İndi bizim əsas diqqətimiz gələcəyə yönəlməlidir” – Nigar Arpadarai

10965

Uzun illərdir Ermənistan təxribat maşını yalan informasiyaları dünya ictimaiyyətinə sırıyır. 30 ilə yaxın bir müddət ərzində Azərbaycanın torpaqlarını zəbt edən erməni separatçıları, informasiya təbliğatı sayəsində həyata keçirilən ardıcıl, sistemli şəkildə düzülən yalan xəbərlərin  dünyaya çatdırılmasına görə haqsız ola-ola özlərini haqlı vəziyyətdə nümayiş etdirməyi bacarıblar.

 

MÖVZU İLƏ BAĞLI:

“Ermənilər hərbi əsrlərlə bağlı məsələləri gündəmə gətirməyə çalışırlar” – Nigar Arpadarai


Bəs, Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün hazırda hansı işlər görülür? Bu sahədə ictimai siyasi xadimlər, gənclər və cəmiyyətin digər üzvləri necə mübarizə aparır?

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Nigar Arpadarainin fikrincə, bütün Azərbaycan cəmiyyəti haqlı, beynəlxalq hüquqa əsaslanan mövqeyimizi dünyada çatdırmaq, üçün kimliyindən asılı olmayaraq hamı var gücü ilə çalışmalıdır. 

 

“İndi bizim əsas diqqətimiz gələcəyə yönəlməlidir. Məqsədimiz işğaldan azad olunmuş ərazilərdə iqtisadi cəhətdən inkişaf etmiş, açıq bir məkanın, ölkəmizdə yaşayan bütün etnik qruplar üçün təhlükəsizlik və çiçəklənməyə yönələn şəraitin yaradılması olmalıdır.


Azərbaycanın haqlı, beynəlxalq hüquqa əsaslanan mövqeyinin dünyada çatdırılması, təbliğatı məsələsində var gücümüzlə çalışmalıyıq. Bəzi mövzular var ki, onların təbliğatı önəmlidir. İşğal faktının ölkəmizə vurduğu zərər, Ermənistanın törətdiyi müharibə cinayətləri, və ən əsası, Azərbaycan mədəniyyətinin və milli-mədəni irsinin  Ermənistan işğalçı qüvvələri tərəfindən dağıdılması mövzularını dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq.

Biz bildirməliyik ki, işğal olunmuş ərazilərdə Azərbaycanlıların mövcudluğu, Azərbaycan mədəniyyətinin bütün izlərinin silinməsi sistemli siyasət olaraq aparılıb.

Ermənilər bunu bilərəkdən, qəsdən ediblər. Azərbaycan bu faktın həm hüquqi cəhətdən qiymətləndirilməsinə nail olmalıdır, həm də bu mövzunun ictimailəşdirilməsi üçün çalışmalıdır.

Çünki biz tək dağıdılmış şəhərlərimizi yox, məhv edilmiş mədəni irsimizi bərpa etməliyik, bu iş hələ qarşıdadır”.

Millət vəkili ermənilərin törətdikləri vəhşiliklər dünya ictimaiyyətinə mütləq şəkildə çatdırılmalıdır:

 

“İşğalın ölkəmizə vurduğu zərər, Ermənistanın törətdiyi müharibə cinayətləri, və ən əsası, Azərbaycan mədəniyyətinin və milli-mədəni irsinin Ermənistan işğalçı qüvvələri tərəfindən dağıdılması mövzularını dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq".


"Biz bildirməliyik ki, işğal olunmuş ərazilərdə Azərbaycanlıların mövcudluğu, Azərbaycan mədəniyyətinin bütün izlərinin silinməsi sistemli siyasət olaraq aparılıb. Ermənilər bunu bilərəkdən, qəsdən ediblər”.

Deputat təbliğatın bütün sahələrdə, sistematik şəkildə təşkilinin vacibliyini də vurğulayıb.

“Biz bütün platformalarla, həm diplomatik kanallar, həm beynəlxalq mətbuat, diaspora, QHT-lər, ekspertlər və s. vasitəsilə dövlətimizin ədalətli mövqeyinin çatdırılması üçün var gücümüzlə çalışmalıyıq".

"Azərbaycan atdığı hər bir addımda beynəlxalq hüquq prinsip və normalarını əsas tutub, qonşuları və tərəfdaşları ilə etibarlı münasibətlər qurub"

"Bu işə davam etməliyik. Qarabağda və işğaldan azad olunmuş bütün ərazilərdə iqtisadi cəhətdən inkişaf etmiş, açıq və təhlükəsiz bir məkanın yaradılmasına nail olmalıyıq".

"Təbliğatımızı da gələcək, regionda olan yeni imkanlar ətrafında qurmalıyıq”,- deyə o, fikrini tamamlayıb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO