Sahibə Qafarova Dağıstanın rəhbəri ilə görüşüb - FOTO 

Sahibə Qafarova Dağıstanın rəhbəri ilə görüşüb - FOTO 

Hazırda oxunan: Sahibə Qafarova Dağıstanın rəhbəri ilə görüşüb - FOTO 

108212

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 6-da ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, qonaqları salamlayan Milli Məclisin sədri, xalqlarımız arasında əsrlər boyu davam edən tarixi əlaqələrin mövcud olduğunu, bu münasibətlərin bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırıb.

O, Azərbaycanla Rusiya Federasiyası arasında münasibətlərin inkişafında dövlət başçılarının rolunu diqqətə çatdıraraq, qarşlıqlı səfərlərin də bu münasibətlərə töhfə verdiyini bildirib.
Rusiya Federasiyasının subyektləri, o cümlədən Dağıstan Respublikası ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq əlaqələri haqqında danışan Milli Məclisin sədri bu sahədə parlament əlaqələrinin də özünəməxsus rolunu qeyd edib.

Söhbət zamanı parlamentin spikeri Sahibə Qafarova, Rusiya Federasiyası Federasiya Şurası və Dövlət Duması ilə Azərbaycan Respublikası Milli Məclisi arasında mövcud olan ikitərəfli əlaqələr haqqında məlumat verib. 

Görüşdə Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etməsi barədə danışan Milli Məclisin sədri deyib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazilərimizin Ermənistan tərəfindən 30 illik işğalına son qoyulması, hazırda Cənubi Qafqaz regionunda tamamilə yeni şəraitin yaranması, Azərbaycanın iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün Ermənistana bir sıra təkliflər irəli sürməsi, həmçinin, Ermənistanın regionda sülhün və təhlükəsizliyin təmin olunmasına qarşı törətdiyi təxribatlar haqqında geniş məlumat verib. 

Milli Məclisin sədri işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən böyük quruculuq və bərpa işləri haqqında məlumat verib. O, qeyd edib ki, bu ərazilərin yenidən qurulması və Zəngəzur dəhlizinin açılması həm regional kommunikasiyaların bərpasına, həm də bölgənin inkişafına, sülh və təhlükəsizliyin təmin edilməsinə böyük töhfə olacaq. 
Səmimi sözlər üçün təşəkkürünü bildirən Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun salamlarını Milli Məclisin sədrinə çatdırıb. 

Qonaq Prezident İlham Əliyevlə bugünkü görüşü zamanı aparılan fikir mübadiləsindən razılığını ifadə edib.

O, Azərbaycanın dinamik inkişafından məmnunluğunu qeyd edərək, bildirib ki, Dağıstan Azərbaycanla sosial-iqtisadi sahədə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır. O, qanunvericilik orqanlarının bu münasibətlərin inkişafında oynadığı rolu diqqətə çatdırıb. 

Sergey Məlikov digər xalqların nümayəndələri ilə yanaşı, azərbaycanlıların da Dağıstanda vahid ailə kimi yaşadıqlarını, azərbaycanlıların Dağıstanın inkişafına töhfəsini qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO