“İran İslam Respublikası vətəndaşlarının ərazilərimizə qanunsuz keçidi ilə bağlı yayılmış məlumata aydınlıq gətirilməsi məqsədilə, bu ölkənin Azərbaycandakı Səfirliyinə müvafiq nota göndərilib”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.
XİN rəsmisi qeyd edib ki, hazırda məsələ ilə bağlı qarşı tərəfdən cavab gözlənilir:
MÖVZU İLƏ BAĞLI:
Qarabağa gəlmiş iranlı dəstə üzvlərinin adları - İran səfirliyinin diqqətinə!
"Azərbaycan Respublikasının ərazilərinə hər hansı xarici səfər Azərbaycan Respublikasının milli qanunvericiliyi çərçivəsində müəyyən edilmiş qaydalara, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə həyata keçirilməlidir".
Qeyd edək ki, son günlərdə 14 nəfər İran İslam Respublikası vətəndaşının qanunla müəyyən edilmiş sərhəd-keçid məntəqələrindən kənar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazisinə daxil olduğu barədə xəbərlər yayılıb.
Bizim.Media