"Görəydin, ağlaya-ağlaya necə tortu kəsirdilər?" – Şəhid PİLOTUN XATİRƏSİ

Hazırda oxunan: "Görəydin, ağlaya-ağlaya necə tortu kəsirdilər?" – Şəhid PİLOTUN XATİRƏSİ

107555

DSX-nin 14 şəhid səma igidinin ən gənci kapitan Cavid Bayramlı olub.

Qaraheybət hadisəsi zamanı şəhadətə ucalan Cavidin həyat yoldaşı Bizim.Media-ya danışır ki, qanlıqadalı döyüşlərdən sağ çıxmışdı, inanmırdım ki, daha onun başına hansısa hadisə gələ bilər.

Sən demə, müharibədən sağ çıxan bu hərbçilərimizi Qaraheybət faciəsi kimi ağır bir qəza da  gözləyirmiş. Düzdür, müasir Azərbaycanın aviasiya tarixində  ən dəhşətli qəza kimi tarixə düşən Qaraheybət qəzası qəddimizi tam əymədi, yenə ayaq üstə durmağı bacardıq. Dövlət başçısı  İlham Əliyevin sərəncamı ilə 14 şəhid pilotun hamısına şəhid statusu verildi. Bu, əzizlərini, ailə başçılarını itirmiş ailələrə böyük dəstək oldu. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi də bütün şəhidlər kimi, qəza qurbanı olmuş keçmiş pilotların da ailələrini unutmur.

Nuray Bayramlıya Cavidin 6 yaşlı qızı Mira yadigar qalıb. Özlərinin sevgi dastanından danışır:

“Bibisigil qonşumuz idi. Orada tanış olduq. Tanışlığımızı, nişanlı olmağımızı, evliliyimizi nəzərə alsaq, Cavid 12 il həyatımda oldu və qəfil də getdi".

Nuray söhbətində Cavidin necə dostcanlı olduğundan da söz açır:

"Hərbçi yoldaşı Abbas Qasımov Vətən Müharibəsinin ilk günündə-sentyabrın 27-də şəhid olmuşdu. Bir dəfə Cavid onun mövludundan gəldi, hönkür-hönkür ağlayırdı. Mənə dedi ki, “görəydin, Nuray, uşaqlar necə ağlaya-ağlaya tort kəsirdilər?". Onda ağlımıza gəlməzdi ki, ömrümüzün işığını, yolgöstərənini biz də itirəcəyik. Vaxt gəldi, o günü biz də yaşayırıq".

Hazırda Yasamal rayonunda  anası və qardaşı ilə yaşayan Nuray Bayramlı Cavidin çox sevdiyi qızını göz bəbəyi kimi qoruyur, onu atasına, dövlətə layiq övlad kimi böyütməyə çalışır.

Nuray deyir ki, Cavidgil 2 qardaş idilər, subay qardaşı 2018-ci ildə onkoloji xəstəlikdən dünyasınıdəyişdi:

“İndi Naxçıvanda yaşayan valideynləri itirdikləri iki oğullarının ətrini Miradan alırlar, imkan düşdükcə Naxçıvandan bizə gəlir, Miranı və məni burunlarına tuturlar... Yaman ağırdır onsuz yaşamaq”.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO