Azərbaycan-Fransa İşçi Qrupunun RƏHBƏRİ – “Fransa qətnamələri absurd sənədlər əsasında hazırlanıb”

Azərbaycan-Fransa İşçi Qrupunun RƏHBƏRİ – “Fransa qətnamələri absurd sənədlər əsasında hazırlanıb”

Hazırda oxunan: Azərbaycan-Fransa İşçi Qrupunun RƏHBƏRİ – “Fransa qətnamələri absurd sənədlər əsasında hazırlanıb”

107459

“Fransa Milli Assambleyasının noyabrın 30-da qəbul etdiyi qərəzli qətnamə absurd sənədlər əsasında hazırlanıb”. 

Bizim.Media xəbər verir ki, bunu deputat Azərbaycan-Fransa parlamentlərarası İşçi Qrupunun rəhbəri Soltan Məmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasda çıxışı zamanı bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Fransanın ikiüzlü siyasəti – Azərbaycan əleyhinə QƏTNAMƏ


“Bu addım Fransa tərəfindən Azərbaycana qarşı atılan qərəzli siyasətin növbəti nümunəsidir.

Təəssüf doğuran məqam budur ki, Ermənistan 30 il müddətində torpaqlarımızı işğal altında saxlayanda Fransa bu məsələyə biganə qaldı. Fransa hakimiyyətinin bir dəfə də olsun itkin düşən vətəndaşlarımız, soyqırımlarda öldürülən günahsız insanlarımıza qarşı qərar qəbul etməməsi, susqun qalması insan hüquqlarının pozulmasına əyani sübutdur. Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına mane olan təşəbbüsləri öz ölkələrinin əsl niyyətini nümayiş etdirmiş oldu”, – deyə deputat bildirib. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO