Ötən ay zəhərlənmə ilə bağlı 900 MÜRACİƏT OLUB

Ötən ay zəhərlənmə ilə bağlı 900 MÜRACİƏT OLUB

Hazırda oxunan: Ötən ay zəhərlənmə ilə bağlı 900 MÜRACİƏT OLUB

107414

Noyabr ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 900 nəfər müraciət edib.

Mərkəzin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, onlardan 127 nəfəri Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olan xəstələrdən 73-ü dərmandan, 18-i sirkə turşusundan, 7-si dəm qazından, 9-u alkoqollu içkidən, 6-sı göbələkdən, 6-sı botulizmdən zəhərlənib.

Digərlərindən 3-ü anaflaksiya, 3-ü allergik reaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 1-ni ilan, 1-ni isə həşarat sancıb.
Zəhərlənən şəxslərin 43-ü qadın, 46-sı kişi, 38-i isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 1 nəfər dərman zəhərlənməsindən, 2 nəfər sirkə turşusundan, 1 nəfər isə botulizmdən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 2-si qadın, 2-si kişidir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO