“Abşeron” Gənclər Şəhərciyindəki təmir niyə BİTMİR? - FOTO

“Abşeron” Gənclər Şəhərciyindəki təmir niyə BİTMİR? - FOTO

Hazırda oxunan: “Abşeron” Gənclər Şəhərciyindəki təmir niyə BİTMİR? - FOTO

106686

Masazır “Abşeron” Gənclər Şəhəriciyinin su borusu sıradan çıxıb. Bir həftədən çoxdur məhəllədə qazıntı və təmir işləri başlayıb. Ərazini götürən qazıntı işlərinin yekunlaşmaması sakinləri ciddi narahat etməyə başlayıb. Həm avtomobillərin, həm də vətəndaşların hərəkəti çətinləşib.

Təmir və qazıntıya görə ərazidəki zibil qutularının daşınması da mümkün olmur. Bu səbəbdən ərazidə bərbad mənzərə və üfunət hökm sürür.

Təmir işlərinin nə zaman bitəcəyi müəmmalı olaraq qalır. Aidiyyəti qurumlar isə şikayətlərə və vətəndaşların narahatlığına məhəl qoymur. 

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mtbuat katibi Anar Cəbrayllı Bizim.Media-ya açıqlamasında sözügedən məsələyə cavabdeh olmadıqlarını bildirib:

“Şəhərcikdə olan bu problem daxili şəbəkədir. Özləri xidmət edir. Bizə aidiyyəti yoxdur”.

Abşeron Gənclər Şəhərciyinin komendantı və “Akkord” şirkəti ilə əlaqə yaratmaq mümkün olmayıb.

Alçina Amilqızı, Bizim.Media  





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO