Prezident Azərbaycanda iki yeni medalın təsis olunmasını təsdiqləyib

Prezident Azərbaycanda iki yeni medalın təsis olunmasını təsdiqləyib

Hazırda oxunan: Prezident Azərbaycanda iki yeni medalın təsis olunmasını təsdiqləyib

106488

Azərbaycan Prezidenti İlham Əliyev “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” və “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Bizim.Media xəbər verir ki, qanuna əsasən, “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” və “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” medalları təsis olunub.

Dövlət başçısı, “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” medalı haqqında Əsasnamə”ni də təsdiq edib. Eyni zamanda, “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiqlənib.
Bundan başqa, “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” təsdiqlənib.

Prezident “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikası medalının təsviri”ni də təsdiq edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO