Polis İmişlidə ƏMƏLİYYAT keçirdi – HƏBS EDİLƏN VAR – FOTO

Polis İmişlidə ƏMƏLİYYAT keçirdi – HƏBS EDİLƏN VAR – FOTO

Hazırda oxunan: Polis İmişlidə ƏMƏLİYYAT keçirdi – HƏBS EDİLƏN VAR – FOTO

105990

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı qətiyyətli əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan cümə axşamı Bizim.Media-ya verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, 53 yaşlı Eldəniz Nəsirov yaşadığı evin yaxınlığında saxlanılıb. Həmin şəxsin üzərinə keçirilən baxış zamanı ondan narkotik maddə olan heroin aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq E.Nəsirovun yaşadığı ünvana keçirilən baxış zamanı oradan 6 kiloqrama yaxın marixuana və 910 qram heroin aşkar edilərək götürülüb.
 

Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
 

E.Nəsirov bundan əvvəl də müxtəlif cinayətlərə görə yeddi dəfə məhkum olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO