“Mənim üçün mübarizə bitməyib” –

“Mənim üçün mübarizə bitməyib” – "Dortmund"un futbolçusu

Hazırda oxunan: “Mənim üçün mübarizə bitməyib” – "Dortmund"un futbolçusu

104998

Dortmund "Borussiya"sının hücumçusu Sebastyen Haller növbəti dəfə cərrahi əməliyyat olunacağını açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə futbolçunun özü "Tvitter" hesabında yazıb. 28 yaşlı futbolçu daha əvvəl bədxassəli şişə görə əməliyyat olunub və kimyaterapiya kursu keçib.

Haller futbol oynamağıma mane olan şişi həmişəlik aradan qaldırmaq üçün başqa əməliyyata ehtiyac olduğunu vurğulayıb:

"Əvvəlcə planlaşdırıldığı kimi kimyaterapiyadan sonra müxtəlif müalicə variantları nəzərdən keçirilib. Mənim üçün mübarizə bitməyib. Bu çətin sınaq zamanı mənə göstərdiyiniz dəstəyə görə hər kəsə təşəkkür etmək istəyirəm. Hər birinizlə görüşməyi səbirsizliklə gözləyirəm!”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO