Milli Dirçəliş günündə dəfn olunan şəhidimiz - FOTO 

Milli Dirçəliş günündə dəfn olunan şəhidimiz - FOTO 

Hazırda oxunan: Milli Dirçəliş günündə dəfn olunan şəhidimiz - FOTO 

104965

Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var-Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxunun nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar bu uca zirvəyə yüksələ bilərlər.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu kimi fikirlər Oğuzdan olan şəhid Elşən Əhmədlinin şəhadətinin ikinci ildönümündə səsləndirilib.  

Qeyd olunub ki, bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar.  

Milli-mənəvi birliyimiz, vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır.  
Vəfatının ikinci ildönümündə qürurla anılan şəhid Elşən Əhmədli Azərbaycan Texniki Universitetində Nəqliyyat və Logistika fakültəsi üzrə bakalavr təhili alıb. Universiteti bitirdikdən bir müddət sonra hərbi xidmətə yollanır. Həqiqi hərbi xidmətdə o, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət keçməklə həm də hərbi sirlərə yiyələnir, fiziki və mənəvi baxımdan günlənir.  

Elşən Vətən Müharibəsi başlayan gündən könüllü olaraq cəbhəyə yollanır. Müxtəlif istiqamətlərdə gedən döyüşlərə qatılır,  

Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksələn şəhidimiz noyabrın 17-də Oğuz şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.  

Vəfatından sonra Elşən Əhmədli "Vətən uğrunda", "Cəsur Döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO