Bərdə terrorunda şəhid olan 7 yaşlı Aysunun bacısı DOĞULDU 

Bərdə terrorunda şəhid olan 7 yaşlı Aysunun bacısı DOĞULDU 

Hazırda oxunan: Bərdə terrorunda şəhid olan 7 yaşlı Aysunun bacısı DOĞULDU 

104874

Erməni silahlı birləşmələrinin Bərdə rayonunda yaşayış məntəqəsini raket atəşinə tutması nəticəsində həlak olan 2013-cü il təvəllüdlü Aysu İsgəndərovanın bacısı dünyaya gəlib.

Bu barədə Bizim.Media-ya Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib:

“TƏBİB-in tabeliyindəki Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində 11.11.2022-ci il tarixində pasiyent Mətanət İsgəndərova dördüncü keysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. 3 kq 100 qr çəkisi, 50 sm boyu olan körpəyə bacısı Aysunun adı qoyulub.

Uğurlu keçən əməliyyatı tibb üzrə fəlsəfə doktoru, həkim-cərrah Teymur Əlləzov həyata keçirib. Əməliyyatdan sonra körpənin və ananın vəziyyəti yaxşı olub. Onlara bir neçə gün ərzində zəruri tibbi xidmətlər göstərilib və artıq evə buraxılıb”, - deyə məlumatda vurğulanır. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO