Qətərdə keçiriləcək Mundialın kuboku belə hazırlanır – VİDEO

Qətərdə keçiriləcək Mundialın kuboku belə hazırlanır – VİDEO

Hazırda oxunan: Qətərdə keçiriləcək Mundialın kuboku belə hazırlanır – VİDEO

104801

Bir neçə gündən sonra 4 illiyin ən önəmli yarışı olan futbol üzrə dünya çempionatı start götürəcək. Bu məqamda, heç şübhəsiz, hər bir oyunçunun xəyalı olan Dünya Kubokunun necə və harada hazırlandığına nəzər salmaq maraqlı olardı.

Bizim.Media “baku.ws”ə istinadən xəbər verir ki, ilk növbədə onu qeyd etmək lazımdır ki, hazırkı mükafat mundialların qalibinə təqdim olunan 2-ci kubokdur.

1930-cu ildən 1970-ci ilə qədər dünya çempionlarına üzərində qələbə ilahəsi Nika əks olunan “Jül Rime” mükafatı təqdim olunurdu.

Lakin 1970-ci ildə Braziliya yığması turniri 3-cü dəfə qazanaraq kuboku əbədi saxlamaq hüququna yiyələndiyindən yeni mükafata ehtiyac yarandı. FİFA-ya təqdim olunan 53 variant arasında qurum yekunda italiyalı Silvio Qatsaniqqanın eskizinə üstünlük verdi. Bundan başqa, kubokun verilmə qaydaları da dəyişikliyə məruz qaldı. Artıq mundialların qaliblərinə mükafatın nüsxəsi təqdim olunur, orijinal kubok isə FİFA-nın mənzil qərargahında saxlanılır.
Müasir kubokun hazırlanmasında malaxit və 18 karatlıq qızıldan istifadə olunur. Hündürlüyü 36,8 santimetr, çəkisi isə 6,1 kiloqram olan mükafat Yer kürəsini tutan iki insan fiqurunu təsvir edir.

Maraq üçün onu da deyək ki, İtaliyadakı kiçik bir müəssisədə hazırlanan kubokun ərsəyə gəlməsində 14 nəfərlik heyət işləyir.

Ətraflı BAKU.TV-nin videosunu təqdim edirik:

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO