Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş futbol tədbiri keçirilib - FOTO 

Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş futbol tədbiri keçirilib - FOTO 

Hazırda oxunan: Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş futbol tədbiri keçirilib - FOTO 

104800

20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş kampaniya çərçivəsində uşaqlar üçün futbol üzrə tədbir təşkil olunub. 

Bizim.Media AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən milli assosiasiya ilə birgə əməkdaşlıq çərçivəsində keçirilən tədbirdə Kütləvi Futbol Departamentinin rəhbəri veteran futbolçu Fərrux İsmayılov, Futbol və Sosial məsuliyyət üzrə menecer Kifayət Mustafayeva, “Neftçi” futbol klubunun üzvləri Aqil Məmmədov, Rəhman Hacıyev, veteran futbolçu Vaqif Cavadov və aparıcı müsiqiçi Vüqar Bəxtiyar iştirak edib. 

İlk olaraq Bakı Olimpiya Stadionuna səfər edən 11-13 yaşarası uşaqlara stadion turu təşkil olunub və veteran futbolçular uşaqların onlara ünvanlanan suallarını cavablandırıblar. Tur zamanı uşaqlar üçün “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovla, oyunçularla görüş təşkil olunub və xatirə şəkili çəkdirilib. 
Sonda uşaqlara “Regional İnkişaf” İctimai Birliyi və AFFA tərəfindən hədiyyə paketləri və toplar təqdim edilib. 

Xatırladaq ki, kampaniya uşaq hüquqlarını təşviq etmək, bu istiqamətdə müxtəlif məzmunlu maarifləndirmə işi aparmaq, eyni zamanda uşaqların bilik və bacarıqlarının artırılmasına, fərdi inkişafına töhfə vermək məqsədi daşıyır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO