Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin İmişli stansiya Xətt Polis Şöbəsinin Şirvan stansiya Xətt Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus kontakt mis naqilləri oğurlayan şəxslər saxlanılıb.
Bu barədə Bizim.Media Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupuna istinadən məlumat verir.
Bildirilib ki, Şirvan stansiya Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə Şirvan-Osmanlı dəmir yolu mənzilinin 53-cü kilometrliyində, Şirvan Enerji Təchizatı Sahəsinə məxsus uzunluğu 250 metr, dəyəri isə 10 000 manata yaxın olan qoşa kontakt mis naqili oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakinləri - Ə.Əliyusifli və F.Rüstəmov, eləcə də Sabirabad rayon sakini R.Məmmədov saxlanılıblar.
Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisəsini etiraf edərək əldə etdikləri mis naqili Hacıqabul rayon sakini İ.Quluzadəyə 3 000 manata satdıqlarını bildiriblər.
İ.Quluzadə də polis əməkdaşları tərəfindən saxlanılıb və çəkisi 355 kiloqram olan mis naqil maddi sübut kimi ondan götürülüb.
Faktla bağlı İmişli stansiya Xətt Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:29 / 15.11.2022
Dəmir yolundan 10 000 manatlıq oğurluq edən şəxslər saxlanıldı
Hazırda oxunan: Dəmir yolundan 10 000 manatlıq oğurluq edən şəxslər saxlanıldı
Hazırda oxunan: Dəmir yolundan 10 000 manatlıq oğurluq edən şəxslər saxlanıldı
104394
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.