“Qarabağ” klubu cari mövsümdə ilk dəfə xal itirdi

“Qarabağ” klubu cari mövsümdə ilk dəfə xal itirdi

Hazırda oxunan: “Qarabağ” klubu cari mövsümdə ilk dəfə xal itirdi

104128

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, turun mərkəzi matçında turnir cədvəlinin lideri “Qarabağ” klubu ikinci pillədə qərarlaşan “Sabah”ın qonağı olub.

Görüş qolsuz bərabərliklə başa çatıb. Bu, ardıcıl 13 oyundur ki, qalib gələn "Qarabağ"ın mövsümdə ilk xal itkisi olub.

Turun əvvəlki oyunlarında “Şamaxı” evdə “Sumqayıt”a 4:2, “Zirə” “Səbail”ə 1:0, “Neftçi” “Qəbələ”yə 2:0 hesabı ilə qalib gəlib, “Kəpəz” isə evdə “Turan Tovuz”la qolsuz heç-heçəyə razılaşıb.
Qeyd edək ki, turnir cədvəlinə 40 xalla “Qarabağ” klubu başçılıq edir. “Sabah” 35 xalla ikinci, “Neftçi” 29 xalla üçüncü, “Zirə” 22 xalla dördüncü, “Qəbələ” isə 20 xalla beşinci pillədə qərarlaşıblar. “Turan Tovuz” (16 xal) altıncı, “Səbail” (10) yeddinci, “Şamaxı” (10) səkkizinci, “Kəpəz” (9) doqquzuncu, “Sumqayıt” (5) sonuncu – onuncudur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO