Gəncədəki dəhşətli faciənin TƏFƏRRÜATI – Boşanmaq istəyən qadın gözlərindən oldu – VİDEO 

Gəncədəki dəhşətli faciənin TƏFƏRRÜATI – Boşanmaq istəyən qadın gözlərindən oldu – VİDEO 

Hazırda oxunan: Gəncədəki dəhşətli faciənin TƏFƏRRÜATI – Boşanmaq istəyən qadın gözlərindən oldu – VİDEO 

103922

Xəbər verdiyimiz kimi, Gəncədə 1965-ci il təvəllüdlü Səttar Cəlilov axşam saatlarında həyat yoldaşı - 1982-ci il təvəllüdlü Hüsniyyə Quliyevanın qollarını bağlayıb. Sonra əlləri ilə qadının gözlərini çıxarıb. Bundan sonra isə kişi intihar edib. 

Bizim.Media xəbər verir ki, baş verən tükürpədici hadisə ilə bağlı “ATV xəbər” informasiya proqramında süjet yayımlanıb. 

H.Quliyeva başına gələn dəhşətli hadisədən danışıb: 

“Həyat yoldaşım Səttara söylədim ki, boşanmaq istəyirəm. Bu zaman o məni vurub, yerə yıxdı. Onunla hər zaman söz-söhbət içində yaşamışam. Oğlum atası, qızım isə mənimlə qalır. Qaynanamla qalırdım, o da evdə idi. Hadisə zamanı köməyə gələn heç kim olmadı. Qaynanam yaşlıdır. Onu çağıranda eşitmirdi”. 

Qeyd edək ki, Səttar Cəlilov bu cinayəti törətdikdən sonra ardınca özünün ürək nahiyəsinə bir bıçaq zərbəsi vuraraq intihar edib. 
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO