DİN Maştağadakı qətllə bağlı məlumat yaydı

DİN Maştağadakı qətllə bağlı məlumat yaydı

Hazırda oxunan: DİN Maştağadakı qətllə bağlı məlumat yaydı

103916

Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə noyabrın 11-də saat 21 radələrində Maştağa qəsəbəsində Sevinc Müseyibovanın öldürülməsi barədə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla Maştağa qəsəbəsində yaşayan Vidadi Müseyibovun evində ailə münaqişəsi zəminində həyat yoldaşı Sevinci bıçaqla öldürməsinə əsaslı şübhələr müəyyən olunub. 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Müseyibov tutularaq istintaqa təhvil verilib. 

Faktla bağlı cinayət işi başlanılıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO