Zaqatala rayon sakinləri olan 1996-cı il təvəllüdlü Nuranə Nemət qızı Əhmədli və onun azyaşlı övladı 2015-ci il təvəllüdlü Damla Hucay qızı Həmidova zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə noyabrın 11-dən 12-ə keçən gecə Zaqatala şəhər ərazisində baş verib.
Müayinə zamanı ana və azyaşlı övladının yaşadığı ünvanda qaz sobasından ayrılan dəm qazından zəhərləndiyi məlum olub. Həkim müdaxiləsindən sonra onların vəziyyəti stabilləşib.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu