Paytaxtın bu küçəsi təmir edilir - FOTO

Paytaxtın bu küçəsi təmir edilir - FOTO

Hazırda oxunan: Paytaxtın bu küçəsi təmir edilir - FOTO

103823

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Suraxanı rayonunun Zığ qəsəbəsinin Hətəm Allahverdiyev küçəsini təmir edir.

Bizim.Media xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, uzunluğu 1 000, eni ortalama 6 metr təşkil edən sözügedən küçədə aparılan yenidənqurma işləri çərçivəsində yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının və yolun profilə salınması işləri görülüb.

Hazırda ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

Ötən il Suraxanı rayonu ərazisində ümumi uzunluğu 18,5 kilometr təşkil edən küçə təmir edilib. 2022-ci ildə rayon üzrə təmir olunacaq küçə və yolların ümumi uzunluğu isə 12,5 kilometr təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO