Xəbər verdiyimiz kimi bu dəqiqələrdə Bakının Qaradağ rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən meyxanaçı Rəşad Dağlı (Əmirov) məhkəməyə gətirilib.
Bizim.Media xəbər verir ki, hazırda Qaradağ rayon məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəmə prosesi keçirilir. Prosesə hakim Teymur Qurbanovun sədrliyi ilə baxılır.
MÖVZU İLƏ BAĞLI:
Rəşad Dağlı prokurorluğa belə gətirildi - VİDEO
Günorta saatlarında istintaq təcridxanasından Qaradağ rayon Prokurorluğuna gətirilən Rəşad Əmirovun məhkəməyə aparılması ilə bağlı video görüntülər yayılıb.
Görüntülərə əsasən, Qaradağ rayon Prokurorluğu binasının qarşısında media nümayəndələri ilə yanaşı, paytaxt sakinləri də əks olunub.
Belə ki, prokurorluq orqanının qarşısına meyxanaçının adını qışqıraraq alqışlayan böyük izdiham toplaşıb.
Sözügedən görüntüləri təqdim edirik:
Bizim.Media