Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən Bizim.Media-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 67 yanğına çıxış, 17 halda köməksiz vəziyyətdə qalma, 1 partlayış və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən qeyri-iş günləri ərzində 7-si azyaşlı olmaqla 28 nəfər xilas edilib, 5 nəfər xəsarət alıb, yanğın zamanı 1 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, avtoqəzalar nəticəsində 3 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:42 / 10.11.2022
Bayram günləri 67 yanğın olub, 28 nəfər xilas edilib - VİDEO
Hazırda oxunan: Bayram günləri 67 yanğın olub, 28 nəfər xilas edilib - VİDEO
Hazırda oxunan: Bayram günləri 67 yanğın olub, 28 nəfər xilas edilib - VİDEO
103558
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.