Mart ayında yeni koronavirus (COVID-19) epidemiyası səbəbindən sərhədlərini bağlayan Avropa İttifaqı (Aİ) Kanadanı səyahət məhdudiyyətlərinin qaldırıldığı ölkələr siyahısından çıxarıb.
Bizim.Media teleqraf.com-a istinadən xəbər verir ki, artıq Kanada vətəndaşlarına 14 günlük karantin müddəti daxil olmaqla digər məhdudiyyətlər tətbiq olunacaq. Aİ-nin Kanadaya qarşı atdığı bu addım ölkədə xəstəlik sayının artması ilə bağlıdır. Aİ-nin COVID-19 məhdudiyyətlərini tətbiq etmədiyi ölkələrin sayı 9-a çatıb. Siyahıya Avstraliya, Çin, Yaponiya, Yeni Zelandiya, Ruanda, Sinqapur, Cənubi Koreya, Tailand və Uruqvay daxildir. Qeyd edək ki, Kanadanın Federal Səhiyyə Nazirliyinin məlumatlarına görə, son 3 gündə COVID-19-dan 68 nəfər ölüb, yoluxma sayı 206. 336-ya çatıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:00 / 22.10.2020
Aİ Kanadanı siyahıdan çıxardı
Hazırda oxunan: Aİ Kanadanı siyahıdan çıxardı
Hazırda oxunan: Aİ Kanadanı siyahıdan çıxardı
1035
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.