Hollivud ulduzu öz “Oskar”ını Zelenskiyə hədiyyə etdi - FOTO 

Hollivud ulduzu öz “Oskar”ını Zelenskiyə hədiyyə etdi - FOTO 

Hazırda oxunan: Hollivud ulduzu öz “Oskar”ını Zelenskiyə hədiyyə etdi - FOTO 

103394

Amerikalı aktyor və kinorejissor Şon Penn Ukrayna Prezidenti Volodimir Zelenskiyə “Oskar” heykəlciyini hədiyyə edib.  

Bizim.Media xəbər verir ki, aktyor öz mükafatını Ukrayna prezidentinin qəbulu zamanı təqdim edib. 

Penn bildirib ki, mükafat ölkənin qələbəsinə inam simvolu olaraq müharibənin sonuna qədər Ukraynada qalacaq. 

Zelenski isə dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsində mühüm şəxsi xidmətlərinə, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə, ölkənin dünyada tanınmasında töhfəsinə görə aktyoru 3-cü dərəcəli “Xidmətə görə” ordeni ilə təltif edib. 
Qeyd edək Şon Penn ən yaxşı kişi roluna görə bir neçə dəfə “Oskar” alıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO