“İranın təhdidləri təbliğat xarakteri daşıyır” – TOFİQ ZÜLFÜQAROV 

“İranın təhdidləri təbliğat xarakteri daşıyır” – TOFİQ ZÜLFÜQAROV 

Hazırda oxunan: “İranın təhdidləri təbliğat xarakteri daşıyır” – TOFİQ ZÜLFÜQAROV 

103329

İran Azərbaycana qarşı qonşuluğa və dostluğa söykənməyən təbliğatını günbəgün genişləndirir. Hətta rəsmi Tehran Azərbaycanı müharibə ilə hədələyir. Siyasi ekspertlərin fikrincə İran sadəcə blef edir. Qısqanclığını gizlədə bilmir. Çünki 44 günlük müharibədən sonra Azərbaycan regionun əsas oyunçusuna çevrilib.

Bu gün Qərb də Azərbaycanla razılaşır. Üstəlik, Azərbaycanın Türkiyə ilə qarşılıqlı müdafiə sazişi, İsraillə hərbi müqaviləsi var. Bundan əlavə, Körfəz dövlətləri də Azərbaycanı açıq şəkildə dəstəkləyir.

Ən əsası, fars-molla rejiminin qorxunc röyası olan İsrail Azərbaycanın yaxın müttəfiqidr. Bundan başqa, Rusiyanın Ukraynanı işğal etməsi Aİ-ni alternativ enerji mənbələri axtarmağa məcbur etdi və 2027-ci ilə qədər Avropanı təmin edəcək yeni qaz müqaviləsi üçün Bakı ən yaxşı tərəfdaş oldu.
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycan Laçından keçən alternativ yolda postlar quracaq” – Tofiq Zülfüqarov 


Ona görə də İran Azərbaycana qarşı müharibədə bu qədər gücü qarşısına ala bilməz.

Məsələyə münasibət bildirən sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov Bizim.Media-ya bildirib ki, İranın Azərbaycanla bağlı səsləndirdiyi rəsmi və qeyri-rəsmi bəyanatlar  müvəqqəti xarakter daşıyır:

“İndiki mərhələdə süni gərginlik yaratması İranın dövlət maraqlarından çox-çox uzaq olan bir məsələdir. Bu sadəcə təbliğat xarakterli addımlardır. Və bu təbliğata Azərbaycan da davamlı və qətiyyətli cavablar verir”.

Tofiq Zülfüqarov onu da əlavə edib ki, Fars körfəzində  və Səudiyyə Ərəbistanındakı ABŞ hərbi qüvvələri son bir həftədə tam hazırlıq vəziyyətinə gətirilib:

“Eləcə də, Səudiyyə Ərəbistanının ordusu da səfərbər olunub. Rəsmi məlumatlar verilir ki, 2 ABŞ və 2 Səudiyyə qırıcı təyyarələri İran sərhədləri yaxınlığında davamlı olaraq uçuş keçirir. Bu isə İrana qarşı çox ciddi təhdiddir.

İranın İsraillə də çox ciddi problemləri var. Və münasibətlər müharibə həddinə qədər inkişaf edib. Onların arasında müharibənin başlaması an məsələsidir. Ona görə də İran Azərbaycanla müharibəyə başlasa, bir çox dövlətləri qarşısında görəcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO