Yunan-Roma güləşçilərimiz bu gün finalda İran yığması ilə qarşılaşacaq

Yunan-Roma güləşçilərimiz bu gün finalda İran yığması ilə qarşılaşacaq

Hazırda oxunan: Yunan-Roma güləşçilərimiz bu gün finalda İran yığması ilə qarşılaşacaq

103052

Bu gün Bakıda keçirilən yunan-Roma güləşi üzrə dünya kuboku yarışının qalibləri bəlli olacaq.

Bizim.Media xəbər verir ki, turnirdə üçüncü yer uğrunda görüşdə Türkiyə və Dünya yığması üz-üzə gələcək. Qarşılaşma saat 17:00-da başlayacaq. 

Finalda isə Azərbaycan millisi İran yığması ilə qarşılaşacaq. Görüşə saat 18:30-da start veriləcək.

Qeyd edək ki, ilk olaraq A qrupunda Türkiyə və İran seçmələri üz-üzə gəliblər. İran millisi rəqibini 6:4 hesabı ilə məğlub edib. Daha sonra Qırğızıstana 8:2 hesabı ilə qalib gələn İran seçməsi fnala adlayıb.

B qrupunda mübarizə aparan Azərbaycan seçməsi isə Dünya yığmasını məğlub edib.

Bu qrupda mübarizə aparmalı olan Serbiya kollektivi koronavirusa kütləvi yoluxma səbəbindən turnirdə iştirak etməyib. Bu qələbə komandamıza finala adlamaq üçün yetərli olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO